ABŞ-da EVSİZLƏRİN dəhşət dolu həyatı

  • 21.03.2018
  • 0

Dünyanın ən varlı dövlətlərindən biri hesab edilən və digər ölkələrə “insan haqlarınn müdafiəsi” ilə bağlı daim təzyiqlər edən Birləşmiş Ştatlarda 2017-ci ildə yarım milyondan çox- 553 min 742 nəfər evsiz vətəndaş qeydə alınıb. “Mən insanların birbaşa küçədə özlərinə yemək hazırladıqlarını yalnız Mumbayda görmüşəm”. Bunu San-Fransiskoda “Guardian” nəşrinin jurnalistinə açıqlama verən BMT-nin insanların yaşayış yeri ilə təmin olunması məsələləri üzrə xüsusi məruzəçisi Lilani Fara söyləyib. O, bu ilin yanvarında bu varlı Amerika şəhərinin küçələrini gəzib və odeyala bürünüb əsə-əsə ocaq üstündə kömbə qızardıb yeyən evsizlərlə söhbət edib. Uzun illər çöllərdə yaşayan bu adamlar ya kiçik çadırlarda, ya da yataq kisələrində gecələyir, ayaqyoluna isə boş bankalara, yaxud polietilen torbalara gedirlər… “Belə varlı dövlət üçün bu, qəbuledilməz haldır. Bu, eyni zamanda hər kəsə layiqli yaşayış yeri üçün təminat verən İnsaq Haqları Bəyannaməsinin 25-ci maddəsinin birbaşa pozulmasıdır”-deyə BMT-nin xüsusi məruzəçisi vurğulayır. Ancaq ABŞ-ın Yaşayış Evlərinin Tikintisi və Şəhər İnkişafı naziri, Respublikaçılar Partiyasının üzvü Ben Karson BMT əməkdaşı ilə razı deyil. O deyir ki, kasıblıq –ruhun vəziyyətidir. Ümumiyyətlə, bu, Respublikaçıların postulatıdır:”Hər kəs yoxsulluğuna görə özü günahkardır”. Ancaq yazıda vurğulanır ki, evsizlərin xeyli hissəsi daimi iş yeri olan, gündəlik işləyən ali təhsilli insanlardır. Onlar, sadəcə, qazandıqları pulla nəinki ev ala bilmək, hətta birotaqlı mənzil də kirayə tuta bilmirlər. N-xeber.az Moderator.az-a istinadən bildirir ki, son məlumatlara görə, Nyu-Yorkda bircə yatağı olan sadə birotaqlı mənzili kirayə tutmaq üçün insan saatda azı 27,3 dollar qazanmalıdır. Bu da ayda əgər iş gününü 8 saatdan hesablasaq, təxminən 6500 dollar edir…Evsizlər, “bomj”lar arasında alkoqolizmin, narkomaniyanın, fahişəliyin baş alıb getməsi isə başqa bir mövzudur…N-xeber.az ürək parçalayan həmn videonu Sizə təqdim edir...

Nə düşünürsən?