Türk əsgərindən insanlıq dərsi-TERRORÇUNUN YARASINI SAĞALTDI

  • 20.03.2018
  • 1

Şimali İraqda qarşıdurma zamanı yaralanan PKK-lıya türkiyəli əsgərin kömək etməsi sosial mediada diqqət çəkib. Teleqraf.com Türkiyə KİV-inə istinadla xəbər verir ki, Şimali İraqda terrorla mübarizə əməliyyatları çərçivəsində PKK terror təşkilatının üzvləri ilə qarşıdurma zamanı bir çox terrorçu məhv edilib. Ayağından vurulan və silahlı hücuma davam edəcəyi təqdirdə öləcəyini başa düşən digər terrorçu isə təslim olmağı üstün tutub. Türkiyəli əsgər PKK-lının yarasını sağaltması ilə düşmənə necə vicdanlı davrandığını sübut edib.

Nə düşünürsən?