“Məntiqsiz köpük uşağı...” - Mirşahin sərt danışdı

  • 19.03.2018
  • 0

Martın 15-də Mirşahin Ağayevin rəhbərliyi ilə fəaliyyətə başlayan “Real TV”də aparıcının “Mir Şahinin vaxtı” adlı proqramı yayımlanır. “Qafqazinfo”nun məlumatına görə, verilişin növbəti buraxılışı xaricdə Azərbaycan dövlətinə qarşı fikirlər səsləndirən, müxtəlif aksiyalar təşkil edən, anti-Azərbaycan mövqeyi sərgiləyən insanlara həsr olunub. Tanınmış jurnalist həmin şəxsləri olduqca sərt tənqid edib: “Onlardan ötrü ana-bacı namusu da dəyişikliyə uğrayıb. Məsələn, “bacılarımı verdim sizə, özüm də gedirəm BMT-yə şikayətə!” deyən “qeyrət komikadzesi” bizim bacımızın ləyaqətini qoruyacaq? Sizin onlardan peyvəndiniz var? Bəli, etiraf etməliyik ki, Azərbaycan üçün sosial mediada müharibə aparmaq yeni məsələdir. Özü də bu günün təbliğat tonu, akademik dil-üslub xətti ilə... Qarşı tərəf ağzına gələni özünə rahat şivədə tolazlayır, biz isə elə bil elmi iş yazırıq, özü də imzamızı da qoymuruq. Nə var, nə var bacısını polisə bağışlayıb BMT-yə şikayət edənlər söyüş söyəcəklər! Bax içimizdə bu təhdiddən qorxaraq altını batıran zəiflər də tapılır. Belələri ikinci dünya müharibəsində faşistlərin geyim və nişanlarını taxar, düşmən tərəfə işləyərdilər. Ən gülməlisi bilirsiniz nədir: bəşəriyyətə Hitleri verən bir ölkənin ərazisindən Azərbaycana Diktatura ittihamı gəlir! (... Potensial avtobus sürücüsü Niderlandın o boyda krallığında oturub “Ay aman qoymayın, Azərbaycan krallıq olur!” deyə qəhvə şivəlik salır! 203 ildir ki, krallığın idarə etdiyi ölkədə e!!! Ağlınıza keçə yamayım elə! Respublika Azərbaycanına kral Niderlandını nümunə gətirirsiniz, məntiqsiz köpük uşağı! Əgər Azərbaycan da öz müstəqilliyinin 203 illiyini elə Krallı Niderland kimi qeyd edə biləcəksə, qoy etsin!”.

Nə düşünürsən?