Evdəki bütün mikrobları məhv edən lampa yaradılıb

  • 19.03.2018
  • 36 baxış
  • 0

Ellumi” lampasının yaradıcıları iddia edirlər ki, yeni lampa otaqdakı mikrob və başqa zərərli orqanizmlərin 99%-ni məhv edəcək. Bu halda sözügedən lampa böyüklər, uşaqlar və heyvanlar üçün təhlükəsizdir. n-xeber.az “mail.ru” resursuna istinadən yazır ki, “Ellumi” lampasında ultrabənövşəyi və kimyəvi maddələrdən istifadə etmədən adi işıq diodlarına əsaslanan “VioSafe” texnologiyası tətbiq edilib. Texnologiya müəyyən dalğa uzunluqlu, insan üçün təhlükəsiz, amma bakteriya, kif, göbələk, mikroblar üçün zərərli olan işıqla işləyir. “Ellumi” lampası dezinfeksiyadan başqa otağı işıqlandırır. Şirkətin nümayəndəsi bildirib ki, bu lampanı istənilən otaqda yerləşdirərək evi mikroblardan qorumaq olar. Görünüşcə adi işıqlandırma elementinə bənzəyən lampanın işləmə müddəti 36 min saat üçün hesablanıb.

Ən son xəbərlər üçün Telegram kanalımızı izləyin

Nə düşünürsən?