Neftin qiymətlərində stabilləşmə müşahidə olunur

  • 15.03.2018
  • 0

Birjalarda neftin qiyməti dünən axşam saatlarında ucuzlaşdıqdan sonra yenidən yüksəlməyə başlayıb. APA TV-nin məlumatına görə, ABŞ-da benzin ehtiyatları sentyabr ayından bu yana böyük azalma yaşayıb. Dünən açıqlanan rəsmi hesabatda məhsula tələbin yanvar ayından bu yana ən yüksək səviyyəyə çatdığı göstərilir. Buna baxmayaraq ölkədə istehsal sürətlə artmaqdadır, proses yeni rekordla nəticələnə bilər. Ölkədən neft ixracı da artır. Bu isə OPEK və Rusiya da daxil bir neçə neft ölkəsinin əldə etdiyi istehsalın azaldılması razılaşmasının qiymətlərə müsbət təsirinin qarşısını alır. "Brent" markalı neft hazırda 64,88 dollara satılır. Bu, ötən gün səhər saatlarında qeydə alınan qiymətlərdən 40 sent bahadır. Qərbi Texas nefti də ötən günə nisbətən bahalaşıb. Hazırda WTI markasının bir bareli 60,66 dollardan təklif olunur.

Nə düşünürsən?