Məşhur idmançı sevgilisinə zor tətbiq etdi

  • 15.03.2018
  • 0

Amerika Birləşmiş Ştatlarında məşhur beysbol oyunçusu Danry Vasquezin sevgilisinə tətbiq etdiyi zorakılığın görüntüləri ortaya çıxıb. Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Barnstormers beysbol komandasında oynayan 24 yaşlı idmançı sevgilisini vəhşicəsinə döyüb. O anlarda təhlükəsizlik kameraları görüntüləri anbaan qeyd edib. 2016-cı ildə baş verən hadisənin görüntüləri istintaq səbəbi ilə ortaya çıxıb və sosial mediada paylaşılıb. Görüntülərdə Danry Vasquez sevgilisi pilləkəndən düşərkən bir anda zor tətbiq etməyə başlayır. Görüntünün davam edən bir başqa yerində də enərkən yenidən qadının sifətinə sərt bir zərbə vurur. Hadisənin bu görüntüləri ortaya çıxandan sonra ölkədə böyük narazılıq yaranıb. Nəzarətə alınan və sorğu-sual olunan idmançı sərbəst buraxılıb.Hadisədən sonra idmançının komandadan uzaqlaşdırıldığı bildirilib.Moderator.az

Nə düşünürsən?