Bakı-Şamaxı-Yevlax yolu çökdü

  • 14.03.2018
  • 0

Bakı-Şamaxı-Yevlax magistralında çökmə meydana gəlib. N-XƏBƏR ARB TV-yə istinadənxəbər verir ki, bir neçə gündür yağıntılı hava şəraitinin davam etməsi nəticəsində Bakı-Şamaxı-Yevlax magistralının 106-cı kilometrliyində çökmə meydana gəlib. Yolun Şamaxı ərazisində asvalt örtüyündə iri çatlar yaranıb. Avtomobillərin intensiv hərəkət etdiyi yolun bir hissəsi çökmə nəticəsində bağlanıb. 8 saylı yol istismar idarəsinin əməkdaşları əraziyə cəlb olunub.

Nə düşünürsən?