Duqin: "Qərb Qarabağ məsələsinin həllindən neytrallaşdırılmalıdır"

  • 14.03.2018
  • 0

Türkiyə, Rusiya və İranın münaqişənin həlli istiqamətindəki artan səyləri Rusiyada təsis olunan "Beynəlxalq Avrasiya Hərəkatı"nın rəhbəri, habelə Kremlin əsas ideoloqu hesab olunan Aleksandr Duqin Ermənistan mətbuatına müsahibə verib. APA TV-nin məlumatına görə, müsahibəsində bir sıra aktual məsələlərə toxunan politoloq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualları da cavablandırıb. O, Türkiyə, Rusiya və İranın münaqişənin həlli istiqamətindəki artan səylərini dəyərləndirərək, adı çəkilən üçlüyün bu məsələdə irəliləyişə nail olunmasına töhfə verə biləcəyini açıqlayıb və deyib ki, Qərb, ümumiyyətlə, nizamlama prosesindən neytrallaşdırılmalıdır: "Qərb öz problemlərini həll etmədən regionu narahat edən məsələləri yetərincə anlaya, buraya özünün işlək olmayan standartlarını tətbiq edə bilməz. Rusiya, Türkiyə və İrana gəlincə, bu dövlətlərin milli və dini qruplarla işləmək kimi zəngin təcrübəsi var. Rusiya çoxmillətlidir və bu üzdən biz müsəlmanlara düşmən kimi baxa bilmərik. Türkiyə və İran isə müsəlman dövlətləri olmasına rəğmən, İranın ermənilərlə tarixi bağları, Azərbaycanla isə "Cənubi Azərbaycan" məsələsində müəyyən problemləri var. Yuxarıda adı çəkilən "üçlüyün" Dağlıq Qarabağ məsələsində öz maraq və prioritetləri mövcuddur". A.Duqin bildirib ki, beş və ya yeddi rayonun işğaldan azad olunması regionda vəziyyətin sabitləşməsi yönündə mühüm təkan ola bilər. Onun sözlərinə görə, bu cür irəliləyişin təmin olunmasında əsas maneə Ermənistan, Azərbaycan və Rusiyada beş rayonun qaytarılmasına olan fərqli yanaşmadır: "Ermənistanda bunu satqınlıq, Azərbaycanda isə tarixi qələbə kimi xarakterizə edirlər. Rusiya mətbuatı isə bu məsəldə neytrallıq nümayiş etdirir. Münaqişənin yenidən alovlanması ABŞ-a sərf edəcək. Ona görə də hazırda hərbi əməliyyatlara başlanmasını əngəlləmək əsas prioritetdir". A.Duqin vəziyyətin stabilləşməsi üçün dialoqun davam etdirilməli olduğunu vurğulayıb

Nə düşünürsən?