Xaçmazda avtomobil dərəyə aşdı: 2 yaralı

  • 14.03.2018
  • 0

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA TV-nin şimal bürosunun məlumatına görə, yeni inşa olunan Bakı-Quba-Rusiya Federasiyası yolunun Ağaşirinoba kəndi ərazisində 99 HD 671 dövlət nömrə nişanlı “Opel” markalı maşın yoldan çıxaraq dərəyə aşıb. Nəticədə iki nəfər xəsarət alıb. Onlar Sumqayıt şəhər sakinləri - 1978-ci il təvəllüdlü Süleymanov Fərrux Davud oğlu və 1974-cü il təvəllüdlü Əliyeva Aygün Ayədşah qızıdır. Hər iki şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırmalar aparılır.

Nə düşünürsən?