Tillerson istefaya göndərildi, neft ucuzlaşdı

  • 14.03.2018
  • 0

ABŞ-ın dövlət katibi Reks Tillersonun istefaya göndərilməsi xəbəri neftin qiymətinə mənfi təsir göstərib. APA TV-nin xəbərinə görə, prezident Trampın niyyəti açıqlanan ərəfədə “Brent” markalı neftin bir bareli 65,50 dollardan satılırdısa, qərardan sonra qiymətlər 64,08 dollara düşüb. Bu gün səhər keçirilən ticarət sessiyalarında isə qiymətlər stabilləşməyə başlayıb. Şok effekti keçdikdən sonra “Brent” neftinin dəyəri 64,48 dollara çatıb. Qərbi Texas neftinin qiymətində də analoji tendensiya müşahidə olunur. Günorta seanslarında bir bareli 61,84 dollara yüksələn neft Tillersonla bağlı qərardan sonra 1,54 dollar ucuzlaşıb. Hazırda isə WTİ neftinin bir bareli 60,66 dollardan təklif olunur. Dünən həmçinin Amerika Neft İnstitutunun ölkənin neft ehtiyatlarının həcminə dair hesabatı da açıqlanıb. Hesabata əsasən, ölkənin kommersiya neft ehtiyatları 1,156 milyon barel artıb. “Bloomberg” ekspertləri rəqəmin 1,5 milyon barel olacağını proqnozlaşdırırdılar. Neft ehtiyatlarının artma ehtimalı da qara qızılın qiymətinin ucuzlaşmasına təsir göstərir. ABŞ-ın kommersiya neft ehtiyatlarının həcminə dair rəsmi hesabatı sabah açıqlanacaq.

Nə düşünürsən?