Stiven Hokinq vəfat etdi

  • 14.03.2018
  • 0

Dünya şöhrətli ingilis astrofiziki və bu sahədə bir sıra aktual nəzəriyyələrin banisi Stiven Hokinq vəfat edib. APA TV-nin məlumatına görə, 1942-ci il yanvarın 8-də Oksfordda dünyaya gələn S.Hokinq 1962-ci ildə Okford Universitetini bitirib, 1966-cı ildə isə Kembric Universitetində fəlsəfə doktoru dərəcəsi alıb. 1960-cı ildə onun səhhətində problemlər yaranmağa başlayıb və həkimlər S.Hokinqdə amitrofik skleroz, bu səbəbdən yaranan iflic diaqnozu təyin ediblər. Ağır xəstəliyinə baxmayaraq, elmi tədqiqatlarını davam etdirən alim 1968-1972-ci illərdə dünyanın bir sıra aparıcı elmi-tədqiqat universitetlərində araşdırmalar aparıb. 1974-cü ildə isə onu Londonun Kral Cəmiyyətinə qəbul ediblər. Elmi tədqiqatlarına davam edən alim 2004-cü ildə özünün "qara dəlik nəzəriyyəsi"ni təqdim edib. Ağır xəstəliyinə rəğmən, o, bir neçə dəfə dünyanın müxtəlif ölkələrində keçirilən elmi konfranslarda çıxışlar edib. S.Hokinqin çıxışları böyük əks-səda doğurub.

Nə düşünürsən?