Sankt-Peterburqda yaşayış binasında güclü partlayış olub - YARALILAR VAR

  • 14.03.2018
  • 0

Rusiyanın Sankt-Peterburq vilayətində doqquzmərtəbəli bir yaşayış binasında güclü partlayış olub. APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, partlayış binadakı məzillərin birində məişət qazının sızması nəticəsində meydana gəlib. Partlayış sonradan yanğına çevrilib və binanın son iki mərtəbəsini bürüyüb. Məlumata görə, partlayışın güclü dalğası nəticəsində 6 mənzil arasındakı divar uçub, pilləkənlər beşinci mərtəbəyə qədər çöküb. Hadisə nəticəsində azı 5 nəfərin xəsarət aldığı deyilir. Onlardan ikisinə hadisə yerində yardım göstərilib, digər 3 nəfər xəstəxanaya yerləşdirilib. Birinin ciddi yanıq xəsarətləri aldığı bildirilir. Hadisə yerinə çoxlu sayda xilasetmə qrupu, təcili tibbi yardım briqadaları cəlb olunub. Binanın bütün sakinləri təxliyyə edilib. Həmin sakinlərin gecələməsi üçün müvəqqəti düşərgə də salınıb. Partlayışla əlaqədar cinayət işinin başlanıldığı qeyd olunur.

Nə düşünürsən?