Moskvada İŞİD-çilərdən ibarət cinayətkar qrup tutuldu

  • 14.03.2018
  • 0

Rusiya Federal Təhlükəsizlik Xidməti və DİN əməkdaşları Moskva və Moskva ətrafında İŞİD tərəfdarlarının Suriya və İraqa göndərilməsi ilə məşğul olan etnik cinayətkar qrupun 60 üzvünü saxlayıb. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən bildirilib. Məlumata görə, cinayətkar qrup həmçinin Orta Asiya bölgəsindən Rusiyaya gələn miqrantların qanunsuz leqallaşdırılması ilə də məşğul olub. Cinayətkarların beynəlxalq terror təşkilatlarının emissarları ilə əlaqəli olduğu müəyyənləşdirilib

Nə düşünürsən?