Diyarbəkirdə Türkiyənin 3 hərbçisi şəhid olub

  • 14.03.2018
  • 0

Türkiyənin Diyarbəkir əyalətində PKK terrorçularına qarşı aparılan əməliyyat zamanı şəhid olan hərbçilərin sayı 3 nəfərə çatıb. Bundan əvvəl 2 hərbçinin şəhid olduğu, 5 hərbçininsə yaralandığı bildirilirdi. APA TV-nin türk mətbuatına istinadən verdiyi xəbərə görə, bölgənin Dicle rayonunda aparılan əməliyyat zamanı yaralanmış 5 hərbçidən biri xəstəxanada keçinib. Bölgədə keçirilən antiterror əməliyyatı zamanı terrorçu PKK qruplaşması silahlıları ilə hərbçilər arasında atışma olub. Yaralanan hərbçilər Səlahəddin Əyyubi adına Dövlət Xəstəxanasına yerləşdirilib. Bölgədə antiterror əməliyyatı davam edir.

Nə düşünürsən?