Fələstinin baş nazirini öldürmək istədilər-Hadisə yerindən görüntülər

  • 13.03.2018
  • 0

Fələstin baş naziri Rami Həmdallah Qəzza bölgəsinə etdiyi səfər zamanı az qala sui-qəsd qurbanı olub. N-XƏBƏR “Reuters”ə istinadən xəbər verir ki, nazirin kortecinə daxil olan maşınlardan biri partladılıb. Hadisə yerindən çəkilmiş görüntü “Twitter”ə yerləşdirilib. Həmdalla özü xəsarət almasa da, onun altı mühafizəçisi yaralanıb. Fələstin tərəfi, hücumun baş nazirə qarşı sui-qəsd cəhdi olduğunu hesab edir, belə ki, terrorçular partlayıcı qurğunu kortecin keçdiyi yolun səkisinə yerləşdirib. Hadisə yerində ikinci partlayıcı qurğu da olub, lakin onun işə düşmədiyi bildirilir. Hadisədən dərhal sonra Fələstin muxtariyyəti hücuma görə məsuliyyəti “Həmas” qruplaşmasının üzərinə yıxıb.

Nə düşünürsən?