““Whatsapp”da mənə söyüşlər yazırdılar” – Murad Dadaşov

  • 13.03.2018
  • 0

Əməkdar artist Murad Dadaşov sosial şəbəkədə yazılan tənqidlərdən danışıb. Axşam.az-ın məlumatına görə, “Açıq pəncərə” proqramına qonaq olan şoumen bildirib ki, ona da təhqirlər yazılır: “İnsanların natamam həyatından irəli gəlir. Bir qrup şəxslər var idi ki, “Facebook”da, digər sosial şəbəkələrdə, hətta “whatsapp”da da mənə nəlayiq söyüşlər yazırdılar. Mən o sözlərin çox kobud formasını eşidən də belə başa düşdüm ki, insanlar həyatda böyük bir travma ilə üzləşiblər. Hər şeyin təhəri var. Biz sanki sosial şəbəkələrdə qaydasız döyüşdəyik”.

Nə düşünürsən?