Cəbhə bölgəsində Yel çərşənbəsi... REPORTAJ

  • 13.03.2018
  • 0

Su, od, yel öz işlərini bitirdi. İndi növbə Torpaq çərşənbəsinindir. Torpaq isə deyir, səndən hərəkət, məndən bərəkət. Yerlər şumlanır, toxumlar səpilir, bir sözlə, dörd bir yanda canlanma müşahidə edilir. Torpaq çərşənbəsi Novruza yaxın olduğuna görə insanlar bu günə xüsusilə hazırlaşır. ARB 24 cəbhə bölgəsində yerləşən Tovuzda da axır çərşənbənin təmtəraqlı şəkildə qeyd edilməsi ilə bağlı reportaj hazırlayıb. Şirniyyatların süfrəyə qoyulması ilin bərəkətli, ruzili, şirin keçməsinə işarə edir. Bu çərşənbədə qulaq falına da çıxarlar. Ona görə də deyirlər ki, hamı gərək evdə xoş, ürəkaçan sözlər danışsın.

Nə düşünürsən?