Bakıda “Toyota” avtomobilinin sürücüsü görün qəzəblənərək nə edir?..

  • 13.03.2018
  • 0

Martın 8-də paytaxtda qayda pozaraq təhlükə yaradan sürücünün görüntüləri digər avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, Nobel prospektindən sola Ramiz Quliyev küçəsinə dönmək istəyən 10-ZV-026 qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobilin sürücüsü öz zolağında yerləşə bilməyərək sağındakı avtomobilin zolağına keçmək istəyib. Sağındakı avtomobil haqlı olaraq ona yol vermədikdə həmin “Toyota” avtomobilinin sürücüsü bundan qəzəblənərək Ramiz Quliyev küçəsində qəfil sağ zolağa keçməklə həmin sürücüyə qəza şəraiti yaradıb. O, biraz hərəkət etdikdən sonra yenə də qəfil sol zolağa yerdəyişmə edərək eyni hərəktləri təkrarlayıb. Qeyd etdiyimiz sürücünün törətdiyi xətaların arasında zaman kəsiyi olduğu üçün hər üç manevr qaydasına görə ayrı-ayrılıqda protokol tərtib edilməlidir. Ümid edirik ki, DYP idarəsi həmin sürücü barəsində müvafiq tədbir görəcək.

Nə düşünürsən?