Prezidentliyə namizəd xalqın 69 faizini "lox" adlandırdı

  • 13.03.2018
  • 0

Rusiya prezidentliyinə namizəd Kseniya Sobçak rusiyalıların 69 faizini kütbeyin adlandırıb. N-XƏBƏR bildirir ki, məşhur teleaparıcı bu haqda TVS-nin efirində digər namizədlərin də iştirakı ilə keçirilən debatın gedişatında bildirib. “Əgər insanlar anlamadan 18 il boyunca eyni hakimiyyəti seçirlərsə, onları daha necə adlandırmaq olar?” - Sobçak dedi. Martın 11-də İctimai rəyin öyrənilməsinin Ümumrusiya Mərkəzinin (VSİOM) rəsmi teleqram-kanalında informasiya çıxıb ki, keçirilən sorğunun nəticəsinə görə, prezidentliyə namizəd, hazırkı dövlət başçısı Vladimir Putinin seçki reytinqi 69 faiz təşkil edir. Onun seçkilərdə proqnozlaşdırılan nəticəsi isə 69-73 faizdir. Bu gün VSİOM-un başçısı Valeri Fyodorov bildirib ki, Sobçak prezidentliyə namizədlər arasında ən böyük antireytinqə malikdir. O qeyd edib ki, seçicilərin 82 faizi heç bir halda onun üçün səs verməyə hazırlaşmırlar.

Nə düşünürsən?