Kim Çen In nüvə sınaqlarından imtina etdi, Trampla görüşəcək - VAXT AÇIQLANDI

  • 09.03.2018
  • 0

"Şimali Koreya lideri Kim Çen In nüvə və raket sınaqlarından imtina etməyə hazır olduğunu bəyan edib". APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə KXDR lideri ilə bir neçə gün əvvəl danışıqlar aparmış Cənubi Koreya prezidentinin təhlükəsizlik üzrə müşaviri Çon In Yön bildirib. "Mən prezident Donald Trampa bildirdim ki, Şimali Koreya lideri ilə danışıqlar zamanı o Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesinə sadiq olduğunu ifadə edib. Kim Çen In Şimali Koreyanın nüvə və raket sınaqları keçirməyəcəyini vəd edib" - deyə Çon In Yön bildirib. Bu arada ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla may ayınadək görüşün keçirilməsinə razılıq verib.

Nə düşünürsən?