Azərbaycanlı aktyorun aldığı hədiyyəni avtomobilinin şüşəsini sındırıb oğurladılar

  • 08.03.2018
  • 0

Gənc Tamaşaçılar Teatrının aktyoru Elşən Hacıbabayevin avtomobilindən oğurluq edilib. Aktyorun 8 Mart-Beynəlxalq Qadınlar Günü üçün ailə üzvlərinə aldığı hədiyyəni ona məxsus “Hyundai Tucson” markalı avtomobilin şüşəsini sındıraraq oğurlayıblar. E.Hacıbabayev əməkdaşımızla söhbətində faktı təsdiqləyib: "Hadisə Binəqədi rayonu, Naxçıvani küçəsi 33 B ünvanında baş verib. Ötən gecə həyat yoldaşım üçün aldığım hədiyyəni avtomobilimin şüşəsini sındıraraq oğurlayıblar". Aktyor deyib ki, baş vermiş hadisəylə bağlı Binəqədi RPİ-nin 5-ci polis bölməsinə ərizəylə müraciət edib. Faktla bağlı təhqiqat araşdırmasına başlanılıb.

Nə düşünürsən?