Şəkidə azyaşlı baçı-qardaşı kəsəyən, daha iki uşağı isə it dişləyib

  • 05.03.2018
  • 0

Şəkidə azyaşlı baçı-qardaşı kəsəyən, daha iki uşağı isə sahibsiz it dişləyib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün səhər saatlarında rayonun Cuma kənd sakinləri, 2016-cı il təvəllüdlü İmarət Polad qızı Məcnunova sol baldır nahiyəsinin, onun 2014-cü il təvəllüdlü qardaşı Aslan isə başın alın nahiyəsinin kəsəyən dişləməsi xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olublar. Günorta saatlarında isə Şəki şəhər sakini, 2005-ci il təvəllüdlü Murad Kazım oğlu Əhmədov döş qəfəsinin sağ hissəsinin it dişləməsi, rayonun Sarıca kənd sakini, 2005-ci il təvəllüdlü Allahverdi Ziyad oğlu Rüstəmov isə sol diz nahiyəsinin it dişləməsi xəsarəti ilə MRX-yə yerləşdiriliblər. MRX-dan APA-ya verilən məlumata görə, onlara lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulduqdan sonra evə buraxılıblar.

Nə düşünürsən?