Ayı öz balasına görə pələnglə qanlı çarpışmada...İNANILMAZ GÖRÜNTÜLƏR

  • 03.03.2018
  • 0

Hindistanın Maxaraştra ştatında safari zamanı pələnglə yanında balası olan ana ayı arasındakı qanlı dueli videolentə köçürmək mümkün olub. Bəlli olub ki, Matkasur ləqəbli 7 yaşlı pələng ana ayını balası ilə şəlaləyə gəldiyini görərək ona hücum edib. Pələng 5 dəqiqə ərzində ana ayıya hücum edərək onu yaralayıb, ayı isə balasını qorumaq üçün tərəddüd etmədən pələnglə ölüm-dirim savaşına girib. Videodan göründüyü kimi döyüşün əvvəlində üstünlük tamamilə pələngin tərəfində olub, amma ayı diribaş tərpənərək pələngin pəncələrindən və qanlı dişlərindən qurtula bilib, hətta hücum edərək onu geri çəkilməyə vadar edib. Həmin qanlı savaşda hər iki vəhşi yaralansa da ayı balası xəsarətsiz salamat qurtula bilib.

Nə düşünürsən?