Pamela Anderson: "Putinlə seksual münasibətlərim olub"

  • 02.03.2018
  • 0

"2009-cu ilədək Rusiya prezidenti Vladimir Putinlə seksual münasibətlərim olub". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, ABŞ telekanallarının birində qonaq olarkən "Hollywood" aktrisası Pamela Anderson belə bir etiraf edib: "Bundan əlavə, mənim Culian Assanj və Silvestr Stallone ilə də eşq macəralarım olub. Məni 2012-ci ildə Vladimirin inauqurasiyasına dəvət etmişdilər, amma iştirak etmək istəmədim. Bundan başqa, Silvestr Stallone ilə də intim münasibətlərdə olmuşuq, amma onun başqa qadınlara da baxması məni qane etmədiyindən ayrılmağa qərar verdim. Fransız futbolçu Adil Rami ilə də eyni hissləri yaşadım". P.Andersonun etirafları bununla da bitməyib. O deyib ki, yuxarıda adları çəkilən kişilər onun daha fərqli özəlliklərini kəşf etməyə yardımçı olub: "Gənc yaşlarımda "Playboy" jurnalının sahibi Hyu Hefner ilə birlikdə idik və o zaman P.Hefner məni yataq otağına aparıb yeddi nəfər modellə qrup halında sevişməyə məcbur etdi".

Nə düşünürsən?