Milli mətbəximizin əvəzolunmaz təamı

  • 01.03.2018
  • 0

Azərbaycan mətbəxinin məşhur xörəklərindən biri də düşbərədir. Düşbərə rusların “pelmeni”si və türklərin “mantı” sından ölüçüsünün 2-3 dəfə kiçik olması ilə fərqlənir. Qış mövsümü üçün demək olar ki, əvəzolunmaz isti yeməkdir. Ayrı-ayrı bölgələrdə müxtəlif cür bişirilir. Dadlı alınmasında içliyin hazırlanması böyük rol oynayır. Xəmir üçün isə un, duz, yumurta və su lazımdır. Bütün bunlar qarışdırılıb xəmir yoğurulur. Kündələrə ayrılır və yayılır. Sonra kəsilən hər bir kvadratın içinə içlik qoyulur. Düşbərələri bükəndən sonra un səpilmiş siniyə düzürük. Daha sonra yağ-soğan hazırlayıb üzərinə soyuq su əlavə edirik...Yemək bişib hazır olduqdan sonra süfrəyə zövqə görə, qatıq və ya sarmısaqla verilir. Əslində düşbərədən söz açmağımız əbəs yerə deyil. Bir vaxtlar dolmamıza göz dikən ermənilər indi də zəngin mətbəximizin bu nümunəsini özününkiləşdirmək sevdasına düşüblər. Bədnamlar sübut etmək istəyirlər ki, guya düşbərə onların milli xörəyidir. Amma tarix belə cəfəngiyyatlara yox, faktlara əsaslanır. İndi qalır dolma kimi düşbərə üçün də prinsipiallıq nümayiş etdirib bu milli mənəvi dəyərimizə sahib çıxıb, onun bizim mətbəzimizin nümunəsi olduğunu dünyaya çatdırmaq. Unutmayaq ki, oğurluq ermənilərin xislətində var.

Nə düşünürsən?