ABŞ şirkətinin Laçında tikdiyi məktəbin üstündə Ermənistanın və qondarma rejimin bayrağı asılıb

  • 25.02.2018
  • 0

“KarabakhTV” bu dəfə həmin şirkətin Laçın rayonunun ən iri kəndlərindən biri olan Əhmədli kəndində(ermənilər “Herik” adlandırıb) tikdirdiyi orta məktəb binasının video-görüntülərini əldə edib. Şirkətin təsisçiləri-erməni iş adamları Stepan Sarkisyan və Nelli Martirosyanın, eləcə də Los-Ancelesdə fəaliyyət göstərən “Hayrenasik” qrupunun dəstəyi ilə tikilmiş məktəbin açılışı 2016-cı ilin oktyabrında keçirilib. Açılışda Xankəndindəki qondarma separatçı rejimin “baş naziri” adlanan Araik Arutyunyan, “Kaşataq rayonu”nun (Laçın, Qubadlı, Zəngilan rayonlarının ərazisi) icra başçısı Suren Xaçatryan iştirak edib. Məktəb binasının qarşısına həm qondarma rejimin, həm də Ermənistanın bayraqları asılıb.

Nə düşünürsən?