Onun gözlərinin biri göy, digəri isə qara rəngdədir

  • 24.02.2018
  • 0

Tovuzda yaşayan 6 yaşlı qız gözlərinin rəngləri ilə bir çoxlarının marağına səbəb olur. Xezerxeber.az-ın məlumatına görə, onun gözlərinin biri göy, digəri isə qara rəngdədir. Zəhra Əliyeva doğularkən gözləri fərqli rəngdə olub. Gözlərinin rəngləri fərqli olsa da, Zəhranın görməsində indiyə qədər heç bir problem olmayıb. Buna baxmayaraq, uşağın 13 yaşından sonra təkrar müayinə olunması məsləhət görülüb. Zəhranın valideynləri deyirlər ki, indiyə qədər nəsillərində belə hala rast gəlinməyib. İlk dəfə Zəhranın göz rəngində müşahidə etdikləri fərq dünyada da nadir hadisə sayılır. Zəhranın şəxsiyyət vəsiqəsində də gözlərinin rəngi göy və qara yazılıb. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?