"Ermənilər Qarabağda Azərbaycan qəbirlərini və abidələri dağıtmayıblar"-deyən azərbaycanlı qınağa tuş gəldi

  • 23.02.2018
  • 0

"Ermənilər Qarabağda Azərbaycan qəbirlərini və abidələri dağıtmayıblar". Bunu siyasi mühacir, bloqer Orduxan Teymurxan özünün Avropadakı çıxışlarından birində bəyan edib. "Bəli, Azərbaycan qəbirlərinin üstündə donuzlar və keçilər gəzir, amma ermənilər Azərbaycan abidələrinə münasibətdə vandalizm aktı törətməyiblər", - o deyib. Orduxan Teymurxanın bu bəyanatı sosial şəbəkələrin Azərbaycan seqmentində son dərəcə mənfi reaksiya doğurub. İşğal edilmiş ərazilərdə Azərbaycan qəbirlərinin, məscidlərin və başqa arxitektura abidələrinin ermənilər tərəfindən dağıdılması hamının qəbul etdiyi faktdır və bunu heç beynəlxalq təşkilatlar və ermənilər özləri də təkzib etmirlər. Qarabağda minlərlə arxitektura abidəsinin ermənilər tərəfindən dağıdılması rəsmən sənədləşdirilib də. Amaa... bunu yalnız Orduxan Teymurxan təkzib edir.

Nə düşünürsən?