Bakıda su üstündə kütləvi dava - xəsarət alanlar var

  • 23.02.2018
  • 0

Bakının Binəqədi rayonunda kütləvi dava baş verib. Abşeron rayonunun Novxanı qəsəbəsində qonşular arasında düşən mübahisə, Bakının Binəqədi rayonu ərazisindəki Daş bazarında dava ilə yekunlaşıb. Hadisə Novxanıda sakinlərdən birinin həyətində gördüyü iş üçün avtomobil yolu ilə evinə elektrik naqili ötürməsi, digərlərinin isə maşın ilə həmin naqilin üzərindən keçməsi üstündə baş verib. Nəticədə 1993-cü il təvəllüdlü Nadirov Elvin İsa oğlu, onun 1995-ci il təvəllüdlü qardaşı Nadirov Emin İsa oğlu və 1994-cü il təvəllüdlü dostları Əhmədov Elməddin Bəylər oğlu döyülərək xəsarət alıb. Zərərçəkmişlərin hər üçü xəstəxanaya yerləşdirilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırmalar aparılır.

Nə düşünürsən?