21 yaşlı çoban 200 dollarla getdiyi ABŞ-da milyoner oldu

  • 23.02.2018
  • 0

Əsl adı Zeynel olan Zak Erdem 21 yaşında cibində sadəcə 200 dollarla ABŞ-a gedib və o gündən həyatı tamamilə dəyişilib. Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, əslən Türkiyənin Erzincan əyalətindən olan və çobanlıqla məşğul olan Zak bir gün qəzetdə Manhattan şəhərinin şəklini görüb və bu şəhərə vurğunluq onu Amerikaya getməyə vadar edib. 21 yaşlı gənc getdiyi Manhattanda 6 ay küçədə qalıb, sonra məşhur restoranlardan birində ofisiant işləyib və lazım gəldikdə tualet də təmizləyib. İş axtarmaq üçün və yaxşı pul qazanmaq üçün bütün çətinliklərə dözən, müxtəlif şəhərlər gəzən Erdem sonunda yenidən Nyu-Yorka dönüb və işləyərək topladığı pul ilə burada balaca restoran açır. Bundan bir neçə il sonra retoranlarının sayını artıran Zakın hazırda 2 böyek restoranl, 2 gecə klubu, bir oteli var və o, ildə 10 milyon dollar qazanır. Hazırda 40 yaşı olan türkiyəli iş adamı həyatının çətinliklə dolu olduğunu, lakin həmin çətinliklərdən qorxmamağı tövsiyyə edir.

Nə düşünürsən?