23 fevralı qeyd etməliyikmi? - SORĞU

  • 23.02.2018
  • 0

Bu gün 23 fevraldır. APA TV-nin xəbərinə görə, bu tarix SSRİ-də Sovet ordusunun və Hərbi-Dəniz Donanmasının yaranma günü kimi qeyd olunurdu. Sovet dövründə bu bayram Azərbaycanda da qeyd olunar, qadınlar bayram münasibətilə əks cinsin nümayəndələrini təbrik edərdilər. Hazırda isə 23 fevral dövlət səviyyəsində yalnız Rusiyada, Belarusda, Qırğızıstanda və Tacikistanda qeyd olunur. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Ordumuzun yaradıldığı 26 iyun tarixi Silahlı Qüvvələr Günü kimi qeyd olunmaqla bərabər, həm də "Kişilər günü" kimi assosiasiya olunur. Hazırda 23 fevral ölkəmizdə bir qədər unudulmuş olsa da, orta yaşlı kişilər arasında bu günü bayram kimi qeyd edənlər də var. Bunun əleyhdarları isə hesab edirlər ki, Bakıda 20 Yanvar faciəsini törədən ordunun yaranma gününü bayram etmək düzgün deyil. Görəsən, Bakı sakinləri necə düşünür - 23 fevralı qeyd etməliyikmi?

Nə düşünürsən?