Bakıda sərnişin avtobusları gecikir - Səbəb

  • 23.02.2018
  • 0

Bakıda səhər saatlarında avtobusların gecikməsinin səbəbi açıqlanıb. AzVision.az xəbər verir ki, bu barədə “BakuBus” MMC məlumat yayıb. Məlumatda bildirilib ki, hal-hazırda 28 May küçəsi - Rəşid Behbudov küçəsi kəsişməsi istiqamətində, Rəşid Behbudov küçəsi - Mərkəzi Bankın qarşısı, Tbilisi prospekti, Heydər Əliyev prospekti, Afiyəddin Cəlilov küçəsində avtomobil sıxlığı müşahidə olunduğundan bu istiqamətdə hərəkət edən marşrut avtobuslarımızın intervallarında müvəqqəti ləngimələr baş verib.

Nə düşünürsən?