İlhamə Quliyevanın sirri açıqladı

  • 23.02.2018
  • 0

"Hər şey daxil" verilişində İlhamə Quliyevanın anım günü keçirilib. Minval.İnfo xəbər verir ki, studiaya təşrif buyuranlar arasında mərhum sənətkarın bacıları İradə və Gülbahar xanım da olub. Aparıcı Tolikin İlhamə Quliyevanın son vəsiyyətini hələlik sirr olaraq saxlamaq istədiklərini desə də, verilişin qonaqları arasında yer alan əməkdar artist Firuzə İbadova bu sirri açıqlayıb. Xanım müğənni mərhum xalq artistinin adının gələcəkdə bacısının qız nəvəsinə qoyulmasını vəsiyyət etdiyi barədə məlumat verib: "Adının yaşadılmasını istəyirdi". Minval.İnfo

Nə düşünürsən?