Hollandiya "erməni soyqırımı"nı tanıdı

  • 23.02.2018
  • 0

Hollandiya parlamenti 1915-ci il 24 aprel hadisələrini "erməni soyqırımı" kimi tanıyıb. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, "Xristian Birlik Partiyası"nın lideri Coel Voordin Türkiyə hökumətinin Avropa İttifaqı (Aİ) ilə danışıqlara getməməsinə cavab olaraq, 1915-ci il hadisələrinin "erməni soyqırımı" kimi tanınması barədə təklif irəli sürüb. Hollandiya parlamentinin aşağı palatasında səsvermə keçirilib. 142 lehinə, 3 səs əleyhinə olmaqla təklif qəbul edilib. Həmçinin parlament həmin hadisələrdə ölənlərin xatirəsini anmaq üçün parlament nümayəndələrinin İrəvana göndərilməsi barədə qərar qəbul edib.

Nə düşünürsən?