Azərbaycanlı peşəkər idmançı Məkkədə yaşlı kişini belində daşıdı

  • 23.02.2018
  • 0

Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, Azərbaycan Sambo Federasiyasının Döyüş Sambosu üzrə sabiq vitse-prezidenti və peşəkar idmançı Səbuhi Rəcəb sosial media hesabında Məkkədən maraqlı video paylaşıb. GoldNews.Az xəbər verir ki, idmançının paylaşdığı videoda onun eskalatorla hərəkət etməkdə çətinlik çəkən kişini belinə götürərək aşağıya qədər gətirdiyi görünür. Videonu sosial media hesabında paylaşan Federasiya vitse-prezidenti üzərinə bu cümlələri yazıb: "Hər kəs bu dünyaya bir səbəblə gəlib, mənim gəliş səbəbim dilindən, dinindən, irqindən, milliyətindən asılı olmayaraq, hər bir Adəm övladına yardım etməkdir... Unutmayın, Hz. Əli buyurur: “İnsanlara faydası olmayanı, ölülərdən sayın, getsin“. Görüntüləri izləyən hər kəs idmançının ünvanına xoş sözlər yazıb. Həmin videonu təqdim edirik:

Nə düşünürsən?