Sürücü çökən binanın altından belə xilas oldu

  • 22.02.2018
  • 0

Türkiyənin Kadıköy rayonunda binanın çökməsi nəticəsində yoldan keçən avtomobildə qorxulu anlar yaşanıb. Hadisə dünən axşam saatlarında Fənərbaxça Tunaman küçəsində meydana gəlib. Bir binanın sökülməsi üçün işləyən iş mexanizminin zərbəsi ilə binanın 2 mərtəbəsi nəzarətsiz şəkildə çöküb. Bu zaman küçədə hərəkət edən avtomobilin üzərinə çınqıl parçaları düşüb. Həmin təhlükəli anlar yoldan keçən başqa şəxs tərəfindən anbaan çəkilib. /metbuat.az

Nə düşünürsən?