Səmada üç günəş göründü: Möcüzənin səbəbi açıqlandı

  • 22.02.2018
  • 0

Bu hadisə İsveçin qar kurortlarından birində baş verib. Gözlənilmədən səmada 3 günəş göründü və hər kəs heyrətlə bu mənzərəni seyr etməyə başladı. Xizəkçilər heyrət içində mənzərəni videokameralara çəkməyə başladılar. Sonradan alimlərin verdiyi açıqlamalardan aydın oldu ki, bu hal elmdə parheliya və ya ” yalançı Günəş” termini kimi tanınır. Əsasən şimal ölkələrində müşahiə oluna bilər. Məsələ bundadır ki, çox soyuq və şaxtalı havalarda buxar atmosferdə kişik kristallara çevrilir və işıq sınması nəticəsində belə gözəl və qeyri-adi mənzərə yaranır. Parheliya haqqında klassik ədəbiyyatda da məlumat verilir. Şekspirin pyeslərində, "İqor polku” dastanında da bu təbiət hadisəsi barəsində məlumatlara rast gəlmək olar. (Bizim Yol)

Nə düşünürsən?