Rusiyadan Əsədə hərbi dəstək - GƏRGİNLİK ARTIR

  • 22.02.2018
  • 0

Suriya ordusu YPG terrorçularının nəzarət etdiyi bölgəyə daxil olub. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, xəbəri Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı yayıb. Təşkilatın açıqlamasında Əsəd qüvvələrinin Hələbdə YPG-lilərin boşaltdığı bölgəyə yerləşdiyi bildirilir. Qeyd edək ki, gecə saatlarında Suriya mətbuatı YPG-nin Bəşər Əsədlə əldə etdiyi razılaşmaya əsasən Hələbdən çəkilərək Afrinə doğru getdiyini iddia etmişdi. Ancaq YPG terrorçuları və Əsəd hökuməti indiyə kimi hər hansı razılaşma olmadığını bildirirdi. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu baş verənlərə münasibət bildirib. Diplomat bir daha vurğulayıb ki, bölgədə PYD/YPG-yə yardım etmək və dəstəkləmək məqsədi güdən istənilən qüvvəyə sərt cavab veriləcək: "PYD/YPG Suriya torpaqlarını bölmək istəyir. Terror təşkilatına qoşulmaq istəməyənlər bölgədən, öz yurdlarından sürgün edilib. Bizim fikrimiz aydındır. Bu terrorçulara qarşı olanlarla bərabərik. Amma onlara kömək etmək istəyənlərə imkan verməyəcəyik". Bu arada Rusiya Suriya ordusuna 5-ci nəsil iki "Su-57" qırıcısı bağışlayıb. Rusiya mətbuatının yaydığı xəbərə görə, təyyarələr artıq Hmeymim bazasındadır. Bundan əlavə aviabazaya 4 ədəd "Su-35", 1 ədəd isə uzaq radiolokasiya müşahidə qabiliyyətli "A-50" təyyarəsi eniş edib.

Nə düşünürsən?