DYP-nin rəis müavini tıxacda gözləyir, taksi sürücüsü isə "protiv gedir"

  • 21.02.2018
  • 0

Fevralın 20-də Xırdalan şəhəri Heydər Əliyev prospektində 90-PF-240 qeydiyyat nişanlı "Daewoo" markalı taksi avtomobilinin sürücüsü 1.1 - bütöv xəttin tələbini pozaraq əks istiqamətdə hərəkət edib. Avtosfer.az-a göndərilən videodan aydın şəkildə görünür ki, həmin taksidən 3-4 avtomobil arxada DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun müavini, polkovnik Elşən Kazımovun 10-AA-051 qeydiyyat nişanlı xidməti avtomobili gəlir. Rəis müavininin avtomobilini idarə edən sürücü səbr və təmkinlə, asta sürətlə hərəkət edən avtomobillərin arxasınca hərəkət edir. Amma taksi sürücüsü özünü əhəmiyyətli və hamıdan üstün bir şəxs kimi tutub əks istiqamətə çıxaraq qarşıdan gələn avtomobillərə təhlükə yaradır. Ümid edirik ki, DYP həmin sürücü barəsində qanunauyğun tədbir görəcək.

Nə düşünürsən?