Rusiya "qanuni oğru"ları ölkədən çıxarmağa başladı - ADLAR

  • 21.02.2018
  • 0

Rusiya kriminal avtoritetləri deportasiya etməyə başlayıb. APA TV-nin məlumatına görə, bu barədə qərar bilavasitə daxili işlər naziri Vladimir Kolokoltsev tərəfindən qəbul olunub. Qərarın qarşıdan gələn futbol üzrə dünya çempionatınadək icra ediləcəyi açıqlanıb. Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, hazırda gürcü avtoritetlər Aslan Kobuladze, Suliko Şarikadzenin, habelə qırğız "qanuni oğru" Kamçibek Kolbayevin deportasiyası üçün sənədlər hazırlanır. Buna qədər isə MDB-dən olan bir neçə "qanuni oğru" öz ölkəsinə göndərilib. İndiyədək Rusiyada "qanuni oğru"ların 114-ü həbs edilib, 31-i istintaq altında, 19-u isə axtarışdadır. Rusiyada ən çox "qanuni oğru" Gürcüstan vətəndaşıdır - 242 nəfər. İkinci yerdə 51 nəfərlə ruslar qərarlaşıb. Bu adın verildiyi azərbaycanlıların sayı isə 16 nəfərdir. Nazirlikdən bu istiqamətdəki tədbirlərin davam etdiriləcəyi bildirilib.

Nə düşünürsən?