Poroşenkonun iclasında qadınları soyundurdular

  • 21.02.2018
  • 0

Bu gün Kiyev məhkəməsində sabiq prezident Viktor Yanukoviçin işi üzrə dindirilmə prosesi keçiriləcək. Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, prosesdə Ukrayna Prezidenti Petro Poroşenkonun da iştirakı gözlənilir. Bununla əlaqədar məhkəmə binasında təhlükəsizlik tədbirləri gücləndirilib. Prosesə gələn qadınlardan məhkəmə binasının qarşısında üst aplatralarının düymələrini açmaq tələb edilir. Məlumatlara görə, bu üsulla artıq zala girməyə çalışan Femen fəallarından biri saxlanılıb. Bundan başqa, məhkəmə binasının 5-ci mərtəbəsində prosesdə iştirak edəcək xanımlar ayaqyoluna aparılaraq tamamilə soyundurulur və yoxlanılarlar.

Nə düşünürsən?