Xaçmaz-Xudat yolunda iki avtomobil toqquşdu: 5 yaralı var

  • 21.02.2018
  • 0

Bu gün Xaçmaz-Xudat yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, magistralın Xaçmazın Gödəkli kəndi ərazisindən keçən hissəsində 90 MN 338 dövlət nömrə nişanlı VAZ 21014 markalı avtomobillə 99 LX 526 dövlət nömrə nişanlı VAZ 2106 markalı avtomobil toqquşub. Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Onlar Xaçmaz rayonu, Mollaoba kənd sakinləri - 1990-cı il təvəllüdlü Gəncəliyev Rəşad Eldar oğlu, 1988-ci il təvəllüdlü Hacımuradov Firuz Mehman oğlu, Asiman İsmayılov, Surəyya Qayınbəyova və Həzi Quliyevdir. Onlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Nə düşünürsən?