Türkiyədə saxta professor yaxalanıb - Diplomu Azərbaycandan alıb

  • 21.02.2018
  • 0

Türkiyənin Bursa şəhərində professor adından istifadə edərək kəkələmə və dil qüsurları olanlar üçün müalicə mərkəzi açan Emre Nuri K. ondan şübhələnən xəstənin şikayəti əsasında nəzarət altına alınıb. “A24.az” Türkiyə KİV-nə istinadən xəbər verir ki, danışıq problemləri üzrə müalicə mərkəzi açan şəxs Azərbaycanda universitet məzunu olduğunu, Pensilvaniya Universitetindən də “Kəkələmək və Dil qüsurları” üzrə sertifikatının olduğunu bildirərək xəstələrinin etibarını qazanmağa çalışıb. Bir qadının şikayəti əsasında hərəkətə keçən polis ofisində axtarış aparan zaman özünü professor elan edən şəxsin sözügedən universitetlərdə oxumadığını, lisey məzunu olduğunu aşkar edib. Hətta divara vurulan Azərbaycan universiteti loqolu saxta diplom da ələ keçirilib. Bir çox televiziya və radio verilişlərində iştirak edən, dil qüsurları barəsində məlumatlar verən saxta professorun pedaqoq, dosent və terapevt adlarından istifadə etdiyi də müəyyən olunub. Saxta professor özünü “sertifikatıma səhvən professor yazdılar, mən də davam etdim” sözləri ilə müdafiə edib. “A24.az” Türkiyə mediasında yayımlnaan videoxəbəri təqdim edir:

Nə düşünürsən?