Tərsinə işləyən saatla məşhurlaşan saatsazın yeni ixtirası

  • 21.02.2018
  • 0

Əqrəbi qabağa, saniyəsi geri işləyən, amma vaxtı dəqiq göstərən saatın müəllifi Hacı usta daha bir yeniliyə imza atır. Yenilikləri ilə təkcə Azərbaycanda yox, bir neçə xarici ölkələrdə də tanınan usta illərdir ki, kiçik həcmli emalatxanasında çalışır. Onunla söhbətimizdə öyrəndik ki, saatsaz daha bir ideyasını həyata keçirməyə hazırlaşır. Hacı usta bu dəfə su ilə işləyən saat düzəldəcəyini iddia edir. Artıq müəyyən detalların sifarişini də verib. O, hər növ saat düzəldir- firmasından, dəyərindən asılı olmayaraq dayanan vaxtı yenidən işə salır. O deyir ki, saatı cəmi bir dəfə düzəldir. Saatsaz bizə işlədiyi illər ərzində düzəltdiyi ən bahalı saatın qiymətini də dedi. Xezerxeber.az mövzu ilə bağlı reportajı təqdim edir:

Nə düşünürsən?