Kanadanın baş naziri Hindistanda soyuq qarşılandı

  • 21.02.2018
  • 0

Kanadanın baş naziri danışıqlar aparmaq üçün Hindistana gəlib. Al Jazeera-in məlumatına görə, hökumət başçısı Hindistanda soyuq qarşılanıb. Buna səbəb kimi Tryudonun sinqhləri dəstəkləməsi göstərilir. Səfərdə əsas məqsəd ticarət, investisiya, energetika, müdafiə və təhlükəsizlik, həmçinin qlobal istiləşmə məsələlərini müzakirə etmək olub. Lakin danışıqlardan əvvəl o, xanımı Sofi Qrequar və 3 uşağı ilə birlikdə ölkənin ən görməli yerlərini – Tac-Mahalı, həmçinin Hindistan imperatoru tərəfindən inşa edilmiş sevgi məbədini ziyarət edib. Qeyd edək ki, təyyarədən düşərkən Tryudonu kiçik rütbəli nazir qarşılayıb. Halbuki, İsrailin baş nazirini qarşılamaq üçün Narendra Modi protokolu pozaraq onu aeroportda qarşılamışdı.Qonaqlarını qucaqlaması ilə ün qazanan Hindistanın baş naziri isə onunla hələ görüşməyib. Bu da KİV tərəfindən Tryudoya qarşı təhqir kimi qiymətləndirilib. Bəzi media orqanları isə Modinin bu hərəkətini alqışlayaraq, onun «yüksək əzmini» tərifləyiblər. Bununla belə hakim Bharatiya Canata (BJP) partiyası liderin səfərində istənilən hörmətsizliyi təkzib edib. Qeyd edək ki, Hindistan Tryudonu siqh separat hərəkatını dəstəkləməkdə ittiham edirlər. Kanadada 17 siqh parlamentarii var. Siqhlər Kanada əhalisinin 1,4 faizini təşkil edir./faktxəbər

Nə düşünürsən?