Şeyx Həmzət video paylaşdı - Qulini təhqir etdiyi üçün öldürüldüyü deyilən avtoritet sağ imiş

  • 19.02.2018
  • 0

Bir müddət əvvəl Lotu Quli tərəfindən qətlə yetirildiyi iddia onunan, Şeyx Həmzətin yaxın adamı Dikiy Teymurun əslində sağ olduğu ortaya çıxıb. GoldNews.az xəbər verir ki, onun sağ olmasını sübut edən videonu Şeyx Həmzət Qastamirov özü şəxsi İnstagram hesabında yayıb. Xatırladaq ki, sosial mediada Lotu Qulini təhqir etdiyi üçün öldürüldüyü deyilən şəxsin morqdan görüntüləri yayılıb. Ehtimal olunurdu ki, həmin şəxs çeçen əsilli kriminal avtoritet, Şeyx Həmzət ləqəbli Həmzət Qastəmirovun adamıdır. Həmin görüntülərdən Lotu Qulini təhqir edən şəxsin maşında güllələndiyi açıq-aydın görünürdü. Morqda çəkilən videoda isə bədəninin bütün hissələrinin güllə izindən deşik-deşik olduğu görünürdü.

Nə düşünürsən?