Bakının əsas girişində minik maşını "KamAZ"la toqquşdu - ÖLƏNLƏR VAR

  • 15.02.2018
  • 0

Bakıda ağır yol qəzası baş verib. APA TV-nin Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, avtoqəza Bakının Qaradağ rayonunda qeydə alınıb. Hadisə zamanı "KamAZ" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub. Nəticədə minik maşınında olan iki nəfər dünyasını dəyişib. Onların meyiti deformasiyaya uğramış avtomobildə sıxılıb qaldığı üçün əraziyə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər minik avtomobilinin sürücüsünü (şəxsiyyəti məlum deyil) və sərnişini, 1984-cü il təvəllüdlü İsrafilov Sərvan Eldar oğlunun meyitlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil verib. Yol qəzası ilə bağlı istintaq araşdırmalarına başlanılıb.

Nə düşünürsən?