Əri gecə ikən xalq artistinin saçını niyə kəsmişdi?

  • 14.02.2018
  • 0

Rübabə Muradova Azərbaycan musiqisinin, mədəniyyətinin korifey sənətkarlarından biridir. 1933-cü il martın 22-də Ərdəbildə dünyaya göz açan Rübabə xanım yeniyetmə yaşlarında ailəsi ilə birgə Azərbaycana köçüb. İrandan qaçıb gələndə onun təxminən 14-15 yaşı olardı. Bir müddət indiki Şirvan şəhərində yaşayan Muradova sonradan sənəti ilə əlaqədar paytaxt Bakıya üz tutur. Rübabə xanım hələ məktəbli ikən öz bənzərsiz səsi ilə hamını heyran edir. Daha sonra o, musiqi dərnəyinə yazılır və burada görkəmli müğənni, bəstəkar Qulu Əsgərovla tanış olur. Gənc Rübabə getdikcə tamaşalarda, tədbirlərdə çıxış etməyə başlayır. Salyanda qastrol səfərində olan Ələsgər Ələkbərov təsadüf nəticəsində Rübabə Muradova ilə tanış olur və çox keçmir ki, onu Bakıya gətizdirir. 1950-ci ildə Bakıya qədəm qoyan xanəndə Asəf Zeynallı adına musiqi məktəbinin muğam şöbəsində təhsil almağa başlayır. Hələ tələbə ikən Opera və Balet Teatrının səhnəsində ilk dəfə Leyli kimi görünür. Onun ifa etdiyi "Qaragilə", "Bu ayrılıq nədən oldu?", "Unuda bilmirəm", "Gecələr yuxusuz qoymusan məni" kimi mahnıları bu gün də sevilir, dinlənilir.

Nə düşünürsən?