Yol polisi pərdəli “07”-ni saxladı, sürücü bıçaq çıxarıb qaçdı - Bakıda

  • 14.02.2018
  • 0

Bakıda sürücü yol polisindən yayınmaq üçün küçənin ortasında soyunaraq özünə bıçaqla xəsarət yetirəcəyini bəyan edib. Avtosfer.az xəbər verir ki, bununla bağlı videonu Tural Ağayev sosual şəbəkədə paylaşıb. O bildirib ki, dünən Yusif Səfərov küçəsində - Leyla Şıxlınskaya Klinikasının qarşısında yol polisi “VAZ-2107” markalı avtomobili saxlatdırıb. Buna səbəb həmin avtomobilin arxa yan şüşələrində pərdələrin vurulması olub. Sürücü maşından düşən kimi köynəyini çıxarıb və əlindəki bıçaqla özünü kəsməklə hədələyib. YPX əməkdaşı vəziyyəti belə gördüldə onun üstünə getməyib. Bundan istifadə edən sürücü isə maşına minərək hadisə yerindən uzaqlaşıb. Avtosfer.az həmin görüntüləri təqdim edir:

Nə düşünürsən?