ABŞ etiraf etdi: İranın nişangahındayıq!

  • 14.02.2018
  • 0

İran Yaxın Şərqdə ən böyük ballistik raket arsenalına malikdir. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə ABŞ milli kəşfiyyat rəhbəri Deniel Kouts bildirib. "İran Yaxın Şərqdə ən böyük ballistik raket arsenalına malikdir və ölkə hüdudlarından 2 min kilometrədək kənarda yerləşən hədəflərə zərbələr endirə bilər. Tehranın hərbi potensialı ABŞ-a, ölkənin bölgədəki qoşunlarına və müttəfiqlərinə təhlükə yaradır" - deyə, Deniel Kouts bildirib. İran, ABŞ-ın bölgədəki hərbi obyektlərini nişangahda saxlamaq üçün silah sistemləri yaratmaqda və yeniləməkdə davam edir: "Həmin silahlar arasında pilotsuz uçan təyyarələr, ballistik raketlər, dəniz minaları, məsafədən idarə olunan minalanmış katerlər, müasir torpedalarla silahlanmış sualtı gəmilər, gəmi əleyhinə qanadlı raketlər və quru təyinatlı qanadlı raketlər var". Xatırladaq ki, bir neçə gün əvvəl SEPAH ABŞ-ın Qətərdəki aviabazasının vurulacağını bəyan edib. Hərbi bazadakı 10000 əsgər hazır vəziyyətə gətirilib.

Nə düşünürsən?